Azərbaycanda baş verən helikopter qəzasının səbəbi açıqlanıb.
Baş Prokurorluqdan Lent.az-a verilən məlumata görə, helikopterin bort məlumatlarının qeydiyyatçısından (”qara qutu”dan) götürülmüş helikopterin düşmə anında qeydə alınmış uçuş parametrləri aşağıda qeyd olunan şəkillərdəki kimi olub:
Bunların təhlili göstərir ki, helikopterin vertikal uçuş surəti Uçuş təlimatlarına zidd olaraq normadan artıq olub və helikopterin idarəçiliyinin itirilməsinə və qəzaya səbəb olub.