Həbsxanadan çıxandan 20 dəqiqə sonra maşın qaçırdı
17 fevral 2021 15:04 (UTC +04:00)

Həbsxanadan çıxandan 20 dəqiqə sonra maşın qaçırdı

ABŞ-ın Vaşinqton ştatının Spokan şəhərində məhkum olunan şəxs həbsxanadan buraxılandan 20 dəqiqə sonra maşın qaçırıb.  

Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, 31 yaşlı Markus Qudmen fevralın 13-də 22:08-də həbsxanadan çıxıb. O, azadlığa buraxılandan 20 dəqiqə sonra 16 yaşlı qıza yaxınlaşaraq tapança ilə hədə-qorxu gəlib və maşınını ona verməsini tələb edib. 

Qudmen nəqliyyat vasitəsinin sükanı arxasına oturaraq hadisə yerindən uzaqlaşıb. Zərərçəkən polisə məlumat verib və Qudmen barəsində yenidən axtarış élan edilib. 

İki saat sonra patrol avtomobili və şübhəlini tapıb. Qudmenə ittiham élan edilib və yenidən həbsxanaya qaytarılıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1809
avatar

Oxşar yazılar