Türkiyədə həbsxanaların birində qəribə hadisə yaşanıb.
Lent.az yerli mediaya istinadla bildirir ki, dustaqlar arasında zarafat cəza ilə nəticələnib. Məhkumlar gənc yoldaşları ilə “nəzarətçi həbsxanada cəza çəkənlərə narkotik ötürür” deyərək zarafat ediblər. Buna inanan gənc dustaq prokurorluğa şikayət edib. Lakin sonrada bunun zarafat olduğunu anlayaraq şikayətini geri götürüb.
Buna baxmayaraq, məhkəmə onun barəsində böhtan maddəsi ilə cinayət işi qaldırıb və cəzasını bir az da ağırlaşdırıb.