Rostov vilayətindəki 2 saylı cəzaçəkmə müəssisəsində yanğın baş verib, nəticədə iki məhbus ölüb, bir nəfər isə yanıq xəsarətləri alıb.
Lent.az-ın Rusiya mediasına istinadla məlumatına görə, bildirilir ki, həbsxanada yanğın ümumi sahəsi 40 kvadratmetr olan kommunal obyektin ərazisində baş verib.
Otaqda iki məhkumun meyiti aşkar edilib, daha bir məhkum bədənin müxtəlif nahiyələrindən yanıq xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib. İstintaq başlayıb, hadisənin bütün halları müəyyənləşdirilir.