Həbsxanada ÜSYAN: Mühafizəçinin  qulağını qopartdılar 
02 may 2022 15:47 (UTC +04:00)

Həbsxanada ÜSYAN: Mühafizəçinin qulağını qopartdılar 

Venesuelanın Karabobo əyalətində polis koordinasiya mərkəzinin məhbusları iğtişaş törədib və kameralarda saxlanılanların azaldılmasını tələb edərək üç mühafizəçini girov götürüblər.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, ölkə prokurorluğu hadisənin başa çatdığını və 50-dən çox insanın yaxınlıqdakı həbsxanaya köçürüldüyünü bildirib.

Yerli media ailə üzvlərinə istinadən yazır ki, iğtişaşın səbəbi məhbusların hüquqlarının pozulması və kameralarda çox adamın saxlanılmasıdır.

Girovluqdan xilas edilən 3 mühafizəçinin vəziyyətinin ağır olduğu bildirilir. Məlumata görə, mühafizəçilərdən birinə kəllə sınığı diaqnozu qoyulub, digəri qulağından məhrum olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3332

Oxşar yazılar