Adananın Çukurova rayonunda ata intihar etməzdən əvvəl ailə münaqişəsi zamanı arvadını və qızını tapança ilə öldürüb. Digər uşaq Eda Verimli isə həmin vaxt evdə olub və atəş səslərini eşidəndən sonra evdən qaçıb.
Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, Çukurova rayonunun Toros məhəlləsindəki mənzildə həbsxana mühafizəçisi Eyüp Verimli hələ məlum olmayan səbəbdən arvadı Merve və qızı Elif Verimlini güllələyib.
Bu vaxt cütlüyün digər qızı silah səslərini eşidib və evdən qaçaraq qonşusuna sığınıb. Silah səslərini eşidən sakinlər 112 Təcili Yardım Mərkəzinə zəng ediblər. Hadisə yerinə çoxlu sayda polis və tibb işçiləri göndərilib. Polisin evin qapısına gəldiyini fərq edən Eyüp Verimli daha sonra təslim olmamaq qərarına gələrək eyni silahla özünü vurub.
Ərinin qətlə yetirdiyi Merve Verimlinin sosial şəbəkələrdə "Qızlarım var, mənə heç nə olmayacaq" və "Məni təsadüfən gördün, mən səni səhvən sevdim" sözləri ilə bağlı sosial şəbəkələrdəki paylaşımları ürək ağrıdıb.