Həbsdəki Vüqar Səfərlinin  səhhəti pisləşdi
31 mart 2022 10:35 (UTC +04:00)

Həbsdəki Vüqar Səfərlinin səhhəti pisləşdi

Ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) həbsdə olan sabiq icraçı direktoru Vüqar Səfərlinin səhhəti pisləşib və o Ədliyyə Nazirliyinin Müalicə müəssisəsinə köçürülüb.  

V. Səfərlinin vəkili Hikmət Əliyev Lent.az-a bildirib ki, onun səhhətində bir çox problemlər yaranıb.

"Bir neçə gün əvvəl Bakı Apeıllyasiya Məhkəməsində keçirilən prosesə də o Müalicə Müəssisəsindən gəlmişdi. Vüqar müəllim qan təzyiqi və digər xəstəlikdən əziyyət çəkir. Səhhətində bir çox problem var. Hazırda müalicəsini müalicə müəssisəsində davam etdirir", - deyə vəkil bildirib.

Qeyd edək ki, V.Səfərli Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il 6 ay azadlıqdan məhrum olunub. Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1980
avatar

Fidan İlqar

Oxşar yazılar