Həbsdəki qohumuna kartofun içində narkotik ötürmək istədi
15 fevral 2021 16:59 (UTC +04:00)

Həbsdəki qohumuna kartofun içində narkotik ötürmək istədi

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 2 saylı İstintaq təcridxanasına narkotik və psixotrop maddələrin keçirilməsi cəhdinin qarşısı alınıb.

Xidmətdən Lent.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 177.2.3; 177.2.4-cü maddələrinə əsasən təqsirli bilinərək həbs edilən və hal-hazırda 2 saylı İstintaq təcridxanasında saxlanılan Rzayev Razi Arif oğluna qaynı, Gəncə şəhər sakini Məmmədov Arzu Qurban oğlunun gətirdiyi sovqata baxış zamanı orada olan kartofun içəsində xüsusi üsulla gizlədilmiş 2 ədəd sellofan bükülüdə ümumi çəkisi 0,683 qram olan psixotrop maddə - metamfetamin və ümumi çəkisi 3,042 qram olan narkotik maddə - heroin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1116
avatar

Mehman Nəbiyev

Oxşar yazılar