Həbs edilən Əməkdar rəssam Rəşad Ələkbərov azadlığa buraxılıb.
Lent.az xəbər verir ki, bu barədə vəkil Adəm Məmmədov məlumat paylaşıb.
Onun sözlərinə görə, məhkəmədə Rəşad Ələkbərov barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatətə baxılıb. Məhkəmə vəsatəti təmin edib və o azadlığa buraxılıb.

***
Saat 17:50
Azərbaycanın Əməkdar rəssamı Rəşad Ələkbərov həbs edilib.
Lent.az-ın xəbərinə görə, bu barədə vəkil Adəm Məmmədov məlumat yayıb.
O bildirib ki, Azərbaycandakı ən böyük abidəsi olacaq şair İmadəddin Nəsiminin 16 metr hündürlüyə malik heykəlini hazırlayan Ələkbərov Rəşad Böyükağa oğlu Cinayət Məcəlləsinin 192.1 (qanunsuz sahibkarlıq), 247 (işlərin yerinə yetirilməsi zamanı ətraf mühitin mühafizəsi qaydalarını pozma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.
"Az ağır cinayətlə ittiham olunmasına, ibtidai istintaq orqanının çağırışlarından yayınmamasına baxmayaraq bu gün barəsində Binəqədi rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib", - vəkil deyib.