Kolumbiyanın Venesuela ilə sərhədində yerləşən Kukuta hava limanında iki partlayış baş verib.
Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, hadisə nəticəsində 2 polis əməkdaşı və birinci bombanı partladan kamikadze ölüb.
Hazırda uçuşların dayandırıldığı bildirilir.
Hadisə şahidlərinin sözlərinə görə, partlayışlar o qədər güclü olub ki, hava limanına bitişik binalara ziyan dəyib. Bəzi binaların şüşələri də sınıb.
Yerli hakimiyyət ilk partlayışın hava limanının hasarının yanında baş verdiyini bildirir. Ehtimal olunur ki, hücum edənlər polisin diqqətini yayındırmaq və hava limanına soxulmaq istəyiblər. Eyni yerdə ikinci partlayış zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları həlak olub.