Füzulidə intihar olub.
Lent.az-ın məlumatına görə, hadisə saat 1 radələrində Alıxanlı kəndində baş verib. 20 yaşlı Səfərli Elmir Misirxan oğlu yaşadığı evin həyətindəki yarımtikilidə özünü asıb.
Məlumata görə, o, ailə üzvlərinin yatmasını gözləyib və saat 1 radələrində özünə qəsd edib.
Onun hansı səbəbdən özünü öldürməsi hələlik bəlli deyil.
Faktla bağlı araşdırma aparılır.