Hamı 7 ay əvvəl itkin düşən bu kişini axtarır - FOTO
23 dekabr 2021 15:51 (UTC +04:00)

Hamı 7 ay əvvəl itkin düşən bu kişini axtarır - FOTO

Sabirabadda kişi itkin düşüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan Lent.az-a verilən məlumata görə, Sabirabad rayon sakini, 34 yaşlı Xəyal Həsənov cari ilin iyun ayında Şirvan şəhərində qonaq olduğu evdən çıxıb və bir daha onunla əlaqə yaratmaq mümkün olmayıb. 

Xəyal Həsənovun boyu 170 sm-dir. Arıq bədən quruluşlu, qara seyrək saçlı, gözlərinin rəngi qəhvəyidir.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Şirvan şəhər  Polis Şöbəsinə (+9942121) 5-28-02 şəhər və (+99455) 527-57-77 mobil nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2070

Oxşar yazılar