11 saylı cəzaçəkmə müəssisəsinə narkotik və psixotrop maddələrin keçirilməsi cəhdinin qarşısı alınıb.
Penitensiar xidmətdən Lent.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 177.2.2, 326.2 və 66.2-ci maddələri ilə təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrum edilən və hazırda 11 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Anar Rəhbər oğlu Axundova Göygöl şəhər sakini Ayaz Valexan oğlu Əliyev tərəfindən gətirilmiş sovqata baxış keçirilib.
Bu zaman orada olan hamam süngərinin içərisində xüsusi üsulla gizlədilmiş ümumi çəkisi 10,322 qram olan narkotik maddə - heroin və ümumi çəkisi 2,532 qram olan psixotrop maddə - metamfetamin (patı) aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.