Hakim partiyanın deputatının meyiti tapıldı
28 dekabr 2023 13:15 (UTC +04:00)

Hakim partiyanın deputatının meyiti tapıldı

0

Tobolskda Şəhər Dumasının 46 yaşlı deputatı Vladimir Yeqorovun meyiti tapılıb.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, Yeqorovun meyiti dekabrın 27-də Kedrovaya küçəsində yerləşən evinin həyətində aşkar edilib. İlkin məlumatlara görə, siyasətçi üçüncü mərtəbənin pəncərəsindən yıxılıb.

Vladimir Eqorov 9 saylı birmandatlı seçki dairəsinin deputatıdır, “Vahid Rusiya” partiyasının deputat assosiasiyasının üzvü və Tobolsk istirahət mərkəzi “Vinokurovo”nun sahibidir. O, yeddinci çağırış Tobolsk Şəhər Dumasının sədr müavini vəzifəsində çalışıb.

Qeyd edək ki, “Vahid Rusiya” ölkənin hakim partiyasıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 4299

Oxşar yazılar