Münaqişə zəminində Hacıqabul sakini bıçaqlanıb
Lent.az-ın APA-ya istinadla məlumatına görə, Hacıqabul şəhərində münaqişə zəminində bıçaqlanma hasisəsi baş verib.
Hacıqabul rayonunun Meyniman kənd sakini, 1963-cü il təvəllüdlü Süleymanov İsmət Fazil oğlu qohumu tərəfindən ürək nahiyəsindən bıçaq zərbəsi alıb. Yaralı Şirvan şəhər xəstəxanasına çatdırlıb və əməliyyata götürülüb.
Faktla bağlı araşdırma aparılır.