Marneuli bələdiyyəsindəki hərbi hissədə baş vermiş bədbəxt hadisə nəticəsində, Bolnisi bələdiyyəsinin Faxralı kəndindən olan əsgər həlak olub.
Lent.az Gürcüstan mediasına istinadla xəbər verir ki, yayılan məlumata görə hadisə 19 yaşlı Ziyyədin Məmmədovun silahla ehtiyatsız davranması səbəbindən baş verib.
İlkin məlumatlara görə, hadisə əsgərin silahla ehtiyatsız davranması nəticəsində baş verib. Bildirilir ki, hərbi qulluqçu növbətçilik zamanı silahdan istifadə edib. Silah səsinin eşidilməsindən sonra aparılan yoxlama zamanı Məmmədovun cansız bədəni aşkar edilib.
Məlumata əsasən, mərhum çənə nahiyəsindən güllə yarası alıb və hadisə yerində vəfat edib.
Araşdırma aparılır.