Güclü külək yaşayış evinin  damını uçurdu
27 dekabr 2023 00:55 (UTC +04:00)

Güclü külək yaşayış evinin damını uçurdu

0

Oğuzda güclü külək bir sıra fəsadlar törədib. 

Lent.az-ın APA-ya istinadfla məlumatına görə, dekabrın 26-ı gündüz saatlarından Oğuz rayon ərazisində küləkli hava şəraiti höküm sürür. 

Güclü külək Oğuz rayonunun mərkəzində bir sıra fəsadlara səbəb olub. Oğuz şəhəri Səməd Vurğun küçədində 150 sakinin yaşadığı dördmərtəbəli binanın dam örtüyü uçub, Oğuz şəhərinin girişində yol boyu bir neçə elektrik dirəyi yıxılıb. 

Bəzi ərazilərə elektrik enerjisinin verilməsində fasilə yaranıb. Hazırda rayon ərazisində küləkli hava davam edir.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 5636

Oxşar yazılar