Güclü külək yaşayış binasının damını uçurdu -  VİDEO
06 aprel 2021 09:32 (UTC +04:00)

Güclü külək yaşayış binasının damını uçurdu - VİDEO

Güclü külək Xaçmaz rayonu ərazisində bir sıra fəsadlar törədib.

APA-nın şimal bürosunun verdiyi məluata görə, güclü külək Xaçmaz şəhəri, Nəriman Nərimanov küçəsində yerləşən 70 nömrəli beşmərtəbəli yaşayış binasının damını uçurub. Rayonun bir neçə yerində ağacları kökündən çıxaran külək elektrik enerjisinin verilişində də problemlər yaradıb.

Xaçmaz Fövqəladə Hallar Komissiyasından verilən məlumata görə, fərdi yaşayış evlərinə də ziyandəyib. 

Güclü külək yaşayış binasının damını uçurdu

# 2160
avatar

Oxşar yazılar