Göygöl rayonunda yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Lent.az xəbər verir ki, hadisə Bakı–Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində baş verib. Hərəkətdə olan iki avtomobilin toqquşması nəticəsində iki nəfər xəsarət alıb.
Yaralılar – 36 yaşlı H.Həsənov və 51 yaşlı C.Hacıyev xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.