Göygöldə yanğın:  xəsarət alan var
05 fevral 2021 04:28 (UTC +04:00)

Göygöldə yanğın: xəsarət alan var

0

Göygöl rayonunda yanğın baş verib.

APA Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Balçılı kəndində qeydə alınmış hadisə zamanı ümumi sahəsi 120 m² olan tövlənin yanar konstruksiyaları və damına yığılan 3 ton ot bağlaması yanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1518

Oxşar yazılar