Göygöldə SEL FƏLAKƏTİ:  ölənlər var - YENİLƏNİB
26 may 2023 08:16 (UTC +04:00)

Göygöldə SEL FƏLAKƏTİ: ölənlər var - YENİLƏNİB

Göygöl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən təbii fəlakət nəticəsində Gəncə çayında baş vermiş sel axınına düşərək itkin düşmüş 1954-cü il təvəllüdlü Muxtar Hüseynov və 2001-ci il təvəllüdlü İbrahim Qurbanovun axtarışları davam etdirilir.

Lent.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov məlumat verib.

Səhər saatlarında Gəncə çayının Gəncə şəhərindən keçən hissəsində hər 2 şəxsin meyitinin tapılması barədə Gəncə Şəhər Baş Polis İdarəsinə və Göygöl Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Dərhal polis əməkdaşları hadisə yerinə gələrək hər iki şəxsin meyitini çıxaraq müvafiq ekspertizaya təqdim edilib. Araşdırmalar davam etdirilir.

***

Saat 06:31

Göygöl Rayon Polis Şöbəsinə rayonun Topalhəsənli kəndində intensiv yağan yağışlar nəticəsində yaranan sel axınına 2001-ci il təvəllüdlü İbrahim Qurbanovun düşərək axıb getməsi barədə məlumat daxil olub.

Lent.az xəbər verir ki, bubarədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov məlumat verib.

Hazırda həmin şəxsin yerinin müyyən olunması istiqamətində axtarış işləri davam etdirilir

***

Saat 02:38

Göygöldə sel 5 avtomobili və qaz xəttlərini yararsız hala salıb.

Lent.az xəbər verir ki, bu barədə APA-nın yerli bürosuna Göygöl Rayon İcra Hakimiyyətinin Rayon Fövqəladə Hallar Komissiyası sədri Arzu Qocayev deyib.

Onun sözlərinə görə mayın 25 də axşam saatlarında qərb istiqamətində yağan güclü leysan  yağışlar nəticəsində rayonun Kərəmli,Topalhəsənli,Şəhriyar və Zurnabat kəndlərində sel sularının səviyəsi artıb  

“Adiyyatı qurumların iştirakı ilə aparılmış təxirə salınmaz  işlər nəticəsində  yolda hərəkət bərpa edilib.Qeyd edilən yaşayış məntəqələrində təbbi qaz və elektirik enerjisinin verlməsi qismən bərpa edilib.Rayon Rayon Fövqəladə Hallar Komissiyası tərəfindən  hal-hazırda dəymiş ziyan hesablanır. Yaxıın vaxtlarda bununla bağlı açıqlama veriləcək. İlkin hesablamalara görə 5 nəqliyyat vastələrinə ziyan dəyib, yaşayış evlərinə isə qismən ziyan dəyib", - deyə o bildirib.

# 4584
avatar

Oxşar yazılar

Bakıda sıxlıq olan yollar - SİYAHI

Bakıda sıxlıq olan yollar - SİYAHI

8 iyun 2023 , 08:45
Keçmiş məhkumdan tapança götürüldü-FOTO

Keçmiş məhkumdan tapança götürüldü-FOTO

8 iyun 2023 , 08:34
Bakı sakininin meyiti Gədəbəydə tapıldı

Bakı sakininin meyiti Gədəbəydə tapıldı

8 iyun 2023 , 08:18
2 avtomobil toqquşdu, maşınlar... -FOTO

2 avtomobil toqquşdu, maşınlar...-FOTO

8 iyun 2023 , 02:25
21 yaşlı gənc özünü asdı-FOTO -YENİLƏNİB

21 yaşlı gənc özünü asdı-FOTO-YENİLƏNİB

8 iyun 2023 , 00:18
Üç kişi qonşusunu döyüb,  arvadını zorladı

Üç kişi qonşusunu döyüb, arvadını zorladı

8 iyun 2023 , 00:14
Hündürmərtəbəli binada yanğın söndürüldü

Hündürmərtəbəli binada yanğın söndürüldü

7 iyun 2023 , 22:00
Avtomobil əvvəlcə ağaca, sonra qaz xəttinə çırpıldı, 3 nəfər...

Avtomobil əvvəlcə ağaca, sonra qaz xəttinə çırpıldı, 3 nəfər...

7 iyun 2023 , 21:51