Göygöldə piyadanın vurulması ilə nəticələn yol qəzası baş verib.
Lent.az-ın APA-ya istinadla məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun Hacıməlik qəsəbəsindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan avtomobil yolu keçmək istəyən 1996-cı il təvəllüdlü T.Məmmədovu vurub. Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.