Göygöldə FACİƏ:  3-ü bacı-qardaş  olmaqla, 4 nəfər zəhərlənib öldü
05 mart 2025 09:25 (UTC +04:00)

Göygöldə FACİƏ: 3-ü bacı-qardaş olmaqla, 4 nəfər zəhərlənib öldü

Göygöldə 4 nəfər zəhərlənərək ölüb.

Lent.az xəbər verir ki, hadisə rayonun Aşıqlı kəndində olub.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Məlumata görə, dünyasını dəyişənlər 35 yaşlı S. Müseyibova, 26 yaşlı S. Hüseynli, onun bacıları - 25 yaşlı M. Hüseynova və 21 yaşlı X. Hüseynovadır. Onların kəndə qonaq gəldikləri və bir günlük kirayə evdə qaldıqları bildirilir.

Lakin onların dəm qazından yaxud qidadan zəhərləndikləri hələlik bəlli deyil.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1754

Oxşar yazılar