Göyçayda minik və yük avtomobilləri toqquşdu - FOTO
15 aprel 2021 22:06 (UTC +04:00)

Göyçayda minik və yük avtomobilləri toqquşdu - FOTO

Göyçay rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün axşam saat 20:30 radələrində Bakı-Şamaxı-Yevlax yolunun Göyçay şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

90-KL-375 dövlət nömrə nişanlı "VAZ 2107" markalı minik avtomobili eyni istiqamətdə hərəkətdə olan və işıqforda dayanan 99-MD-140 dövlət nömrə nişanlı "Ford" markalı yük avtomobilinin arxa hissəsinə çırpılıb. Hadisə zamanı minik avtomobilinin sürücüsü və 2 sərnişini xəsarət alıb. Yaralılar Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

# 1485
avatar

Oxşar yazılar