Göyçayda taxta sexində yanğın hadisəsi baş verib.
Lent.az xəbər verir ki, ilkin məlumata əsasən yanğın rayon mərkəzində yerləşən taxta sexlərindən birində qeydə alınıb.
Dərhal əraziyə FHN-nin Göyçay yanğından mühafizə hissəsinin əməkdaşları cəlb olunub.
Hazırda ərazidə işlər davam etdirilir. Yanğının hansı səbəbdən baş verdiyi araşdırılır. (APA)