Tovuzda 64 yaşlı qadını avtomobil vurdu
11 oktyabr 2025 20:36 (UTC +04:00)

Tovuzda 64 yaşlı qadını avtomobil vurdu

0

Tovuzda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az-ın əldə etdiyi məlumata görə hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Mercedes" markalı minik avtomobili yolu qarşı tərəfə keçmək istəyən 1961-ci il təvəllüdlü M. Tağıyevanı vurub.

Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 305

Oxşar yazılar