Goranboyda iki yeniyetmə qızı maşın vurdu
12 oktyabr 2025 19:35 (UTC +04:00)

Goranboyda iki yeniyetmə qızı maşın vurdu

0

Goranboyda iki piyadanı maşın vurub.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Goran Naftalan yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan"Priora "markalı minik maşını yolu keçmək istəyən 2011-ci il təvəllüdlü F.Qasımovanı və 2013-cü il təvəllüdlü N.Həsənovanı vurub.

Yeniyetmə qızlar xəstəxanaya yerləşdirilib, onların vəziyyətlərinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 322

Oxşar yazılar