Belçikanın müdafiə naziri Teo Franken şəhərdə cinayətlərin sayının artması səbəbilə ilin sonuna kimi Brüssel küçələrində hərbi patrulların görünəcəyini istisna etməyib.
Lent.az xəbər verir ki, Franken bu haqda Belçikanın "Soir" qəzetinə müsahibəsi zamanı danışıb.
Qeyd olunur ki, 2024 və 2025-ci illərdə Brüsseldə kriminal vəziyyət kəskin şəkildə pisləşib, həftədə bir neçə dəfə atışma baş verib, paytaxt küçələrində oğurluq və zorakılıq halları kəskin artıb.