“Müqəddəslərin düşərgəsi”   - Jan Raspeyin görünməz güclərdən  ilham alan romanı
11 oktyabr 2025 18:03 (UTC +04:00)

“Müqəddəslərin düşərgəsi” - Jan Raspeyin görünməz güclərdən ilham alan romanı

0

Fransız yazıçısı Jan Raspeyin 1971-ci ildə yazdığı apokaliptik roman müasir miqrasiya böhranını o qədər dəqiq təsvir edib ki, müəllifin özü bunu bəlkə də ali bir qüvvənin diktəsi hesab edib.

Lent.az xəbər verir ki, o, əsərin yazılmasına qədər baş verən şokedici detalları açıqlayıb və hamının yadda saxlamalı olduğu finala işarə edib.

Kanna ilə Sen-Trope arasında yerləşən böyük bir istirahət villasındakı günlərindən birində yazıçı və tədqiqatçı Jan Raspey apokaliptik bir görüntü yaşayıb. O, Fransız Rivyerasının parlaq mavi sularına baxarkən bir istilanı, miqrantlarla dolu saysız-hesabsız kiçik qayıqları təsəvvür edib. O qədər sıx idilər ki, bəziləri artıq ölmüşdü. Minlərlə ac, ümidsiz insan sahilə çıxmağa çalışırdı. “Bəs əgər onlar gələrsə?” deyə o, səslə soruşub. Bu, 1971-ci il idi: kütləvi miqrasiya böhranından onilliklər əvvəl.

Bu görüntü yazıçının içində yaradıcılıq partlayışı yaradıb. Növbəti bir neçə həftə ərzində Raspey amansızcasına yazmağa başlayıb. O qeyd edib ki, nə planı, nə süjetin necə irəliləyəcəyinə dair fikri, nə də hekayəni dolduracaq qəhrəmanları haqqında anlayışı var idi. Lakin yazı heyrətamiz dərəcədə asan gedirdi, sanki qələm özü yazırdı. Yazıçı bunu qeyri-adi bir ilham kimi təsvir edib.

Romanın adı “Vəhy” kitabından gəlir: dünyanın sonu zamanı şeytanın dörd bir tərəfdən ordular toplayıb “dəniz qumu qədər çox olan” işğalçılar göndərməsi haqqında peyğəmbərlikdən. Bu ordular “müqəddəslərin düşərgəsini”, sivilizasiyanın son istehkamlarını mühasirəyə alacaqlar.

“Müqəddəslərin düşərgəsi” adlı roman bu ay Böyük Britaniyada (yazılmasından yarım əsrdən çox sonra) nəşr olunub və qeyri-adi bir əsər sayılır. Hər şey reallaşmasa da, romanın bir çox səhnələri müasir dövr ilə qəribə dərəcədə üst-üstə düşür. 300 səhifəlik kitab birnəfəsə oxunur.

Roman ilk dəfə 1973-cü ildə çap olunanda, hətta Raspey üçün yazdığı Le Figaro kimi sağyönlü qəzet belə onu tənqid etmişdi. Sol yönümlü nəşrlər isə əsərə rəy verməkdən imtina etdilər. İlk tiraj satılmadı. ABŞ-da ingiliscə tərcüməsi çap olunanda isə onu “ədəbsiz” hesab edib rədd etdilər. Lakin roman zamanla “yaşadı” və aktuallığını qorudu.

Müəllif yazır ki, miqrantlar böyük mərhəmət hissi doğurur, çünki onlar zəifdirlər, silahsızdırlar, lakin çoxdurlar. Onları Fransaya qəbul etmək digər qayıq karvanlarını da təşviq etmək demək olardı. Qətiyyətsiz Fransa hökuməti isə necə davranacağını bilmir: nə onları geri göndərə, nə də düşərgələrdə internə edə bilir. Bunun əvəzinə, hakimiyyət immiqrantları qəbul etməyən sadə fransızları günahlandırır. Qanunlarla “mənşə, milliyyət, irq və ya din” əsasında ayrı-seçkilik, nifrət və zorakılığa çağırış edənlər üçün cəzalar müəyyən edilir. Bu qaydalar sosial şəbəkələrdə yazılan şərhlərə də şamil olunur. Bu reallıq romanın özündə də əksini tapmışdı. Buna görə də yazıçının sonralar düşünməsi təəccüblü deyil. Bəlkə də bu hekayəni ona görünməz bir qüvvə diktə edib.

2001-ci ilin fevralında adı və bayrağı olmayan bir yük gəmisi Fransanın sahillərində dayandı. Gəmidə 1000 kürd qaçqın var idi. Tam da kitabda təsvir olunduğu kimi, gəmi Kanna ilə Sen-Trope arasında, Jan Raspey-in bir vaxtlar dənizə baxıb miqrant istilasını təsəvvür etdiyi villasından cəmi 60 metr aralıda sahilə oturmuşdu.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 290

Oxşar yazılar