Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az APA-nın yerli bürosuna istinadən xəbər verir ki, hadisə rayonun Dəlməmmədli şəhərində qeydə alınıb.
Hərəkətdə olan “VAZ 21099” markalı minik maşını digər avtomobillə toqquşub.
Qəza zamanı bir nəfər kişi xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Yaralının vəziyyətinin orta ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.