Goranboyda heyvanlar minaya düşdü
20 sentyabr 2025 13:03 (UTC +04:00)

Goranboyda heyvanlar minaya düşdü

0

Goranboyda xırdabuynuzlu heyvanlar minaya düşüb.

Lent.az APA-ya istinadla bildirir ki, hadisə rayonun Tapqaraqoyunlu kəndində, keçmiş təmas xəttində qeydə alınıb.

Kənd sakinin məxsus xırdabuynuzlu mal-qara piyada əleyhinə minaya düşüb.

Hadisə nəticəsində heyvanlardan ikisi tələf olub, kənd sakini isə xəsarət almayıb.

Mina partlayışı ilə bağlı əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 264

Oxşar yazılar