Goranboyda dəm qazından zəhərlənmə faktı qeydə alınıb.
Lent.az-ın APA-ya istinadla xəbərinə görə, hadisə rayonun Qazanbulaq kəndində qeydə alınıb.
Kənd sakinləri 2010-cu təvəllüdlü Xudaquliyeva Ayşə Füzuli qızı və bacısı 2012-ci il təvəllüdlü Şamama yaşadıqları evin hamamında dəm qazının sızması nəticəsində zəhərləniblər. Xəstəxanaya yerləşdirilən bacıların vəziyyəti normaldır.
Qeyd edək ki, bu gün rayonda baş verən digər dəm qazı zəhərlənməsi nəticəsində iki nəfər ölüb, bir nəfər xəstəxanaya yerləşdirilib.