Goranboyda intihar hadisəsi olub.
Lent.az xəbər verir ki, hadisə Xanqərvənd kəndində baş verib. Kənd sakini 21 yaşlı Salahov Seymur Saleh oğlu yaşadığı evin həyətindəki alma ağacından özünü asıb.
Faktla bağlı rayon Prokurorluğunda araşdırma aparılır.