Goranboyda 2 avtomobili toqquşdu: 4 YARALI
06 iyun 2023 01:11 (UTC +04:00)

Goranboyda 2 avtomobili toqquşdu: 4 YARALI

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az-ın APA-ya istinadla məlumatına görə, hadisə rayonun Sarov kəndində qeydə alınıb.

Hərəkətdə olan iki minik avtomobili toqquşub. Qəza zamanı 2006-cı il təvəllüdlü Elgün Bayramov, 2007-ci il təvəllüdlü Şəhriyar Əhmədov, həmyaşıdı Zərqəm Məmmədov və daha bir nəfər xəsarər alaraq xəstəxanaya yerləşdirilib.

Onların vəziyyətinin kafi olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.
 

# 954
avatar

Oxşar yazılar