Gömrüyə işə düzəldəcəm deyib 35 min manatını aldı
10 oktyabr 2023 17:51 (UTC +04:00)

Gömrüyə işə düzəldəcəm deyib 35 min manatını aldı

Bakıda iki nəfərə qarşı dələduzluq edilib.

Lent.az-ın məlumatına görə, Ruslan Hüseynov dələduzluq əməlində təqsirləndirilir. Onun barəsində Cinayət Məcəlləsinin 178.2.2-ci (dələduzluq təkrar törədildikdə) maddəsilə cinayət işi açılıb.

İş üzrə 2 zərərçəkən var. Məlumata görə, onlardan biri Dövlət Gömrük Komitəsində işləmək istəyib və R. Hüseynov onu həmin qurumda işə düzəldəcəyini vəd verib. Bu yolla onu aldadaraq, 35 min manat pulunu alıb.

Həmçinin təqsirləndirilən şəxs digər zərərçəkəni aldadarkən hisslərindən və emosionallığından istifadə edib. Belə ki, ittihama görə, R. Hüseynov anasının xəstə olduğunu deyib və bu üsulla 2000 manat pul ələ keçirib.

Zərərçəkənlərin hüquq-mühafizə orqanlarına şikayətindən sonra R. Hüseynov istintaqa təhvil verilib. Hazırda cinayət işi baxılması üçün Nərimanov rayon Məhkəməsinə göndərilib.

Məhkəmə istintaqı davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6276
avatar

Mehman Nəbiyev

Oxşar yazılar