Türkiyəyə gedən şəxs özü ilə gizli qızıl aparmağa cəhd edib.
Dövlət Gömrük Komitəsindən Lent.az-averilən məlumata görə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında Bakı-İstanbul aviareysi ilə gedən Azərbaycan vətəndaşı "Qırmızı Kanal"a keçərkən mütləq qaydada bəyan etməli əşyaları elektron və yazılı formada bəyan etməyib.
Vətəndaşın yükləri rentgen aparatından keçən zaman monitorda zərgərlik məmulatlarının təsvirləri görünüb. Yoxlama zamanı vətəndaşa məxsus qara rəngli əl çantasının və çamadanın içərisində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən, 2 ədəd sırğa - üzük-klon dəsti, 1 cüt sırğa və 1 ədəd boyunbağı aşkar edilib.
Aşkar edilən predmetlər qızıldan hazırlanan, ümumi çəkisi 126 qram olan zərgərlik məmulatlarıdır.
Faktla bağlı araşdırma aparılır.