Gəncədə mədəkiçiltmə əməliyyatı olunan qadın ölüb.
Lent.az xəbər verir ki, hadisə sentyabrın 21-i Gəncə şəhərindəki özəl klinikalardan birində qeydə alınıb.
Üzərində mədəkiçiltmə əməliyyatı həyata keçirilən, Gəncə şəhər sakini, 1993-cü il təvəllüdlü G.Bayramova əməliyyatdan bir həftə sonra dünyasını dəyişib.
Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.