Gəncədə evdən meyiti tapılan qadınla bağlı bəzi təfərrüatlar məlum olub.
Lent.az-ın əldə etdiyi məlumata görə, 93 yaşlı Strelkova Yelifolidanın skeleti çarpayıda aşkar edilib.
İlkin ehtimala görə, o, 8 il əvvəl, 2014-cü ildə vəfat edib. Qadının yaxınları olmadığı üçün onun ölümündən heç kim xəbər tutmayıb.
Daxil olan məlumat əsasında bu gün onun evinə baxış keçirilərkən çarpayının üzərində skeleti aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.
***
Saat: 16:42
Gəncədə mənzildən yaşlı qadın meyiti tapılıb.
Lent.az-ın xəbərinə görə, 93 yaşlı Strelkova Yelifolidanın meyiti şəhərin “Qəsəbə” adlanan ərazisində yerləşən mənzildə aşkar edilib.
Məlumata görə, qadın 6 aydır yoxa çıxıb. Meyit tapılarkən üzərində hər hansı zorakılıq əlamətləri aşkar edilməyib.