Gəncə şəhəri, Vəli Xuluflu küçəsində mazut və yağ çəlləklərində yanğın baş verib.
Lent.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti Gəncə Şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri dərhal hadisə yerinə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, müəssisə ərazisində həcmi 10 ton olan çəndə əmələ gələn texniki qüsur nəticəsində təxminən 100m² sahədə əraziyə dağılan 2 ton mazut və hər birinin həcmi 100 litr olan 3 ədəd istifadəyə yararsız yağla dolu çəlləklər yanır.
Görülmüş təcili və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Ərazidə olan sexlər və digər tikililər yanğından mühafizə olunub.