Gəncədə bıçaqlanma hadisəsi baş verib.
Lent.az-ın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Ruzigar Qasımov küçəsində qeydə alınıb.
45-50 yaşlarında olan kişi 3 bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Yaralı dərhal cərrahi əməliyyat olunub, vəziyyətinin orta ağır olduğu bildirilir.
Hadisə barədə polisə məlumat verilib. İnsidentin baş verməsi səbəbləri araşdırılır.