Gəncə şəhər Baş Polis İdarəsi Post Patrul Xidmətinin əməkdaşları qanunsuz narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən şəhər sakini Amil İbrahimv saxlayıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan Lent.az-a verilən məlumata görə, onun üzərinə baxış zaman narkotik vasitə olan heroin aşkar edilib.
Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.