Gəncədə narkotik aludəçisi  yüksək dozadan   öldü
26 dekabr 2022 21:09 (UTC +04:00)

Gəncədə narkotik aludəçisi yüksək dozadan öldü

0

Gəncə sakini narkotik vasitənin təsirindən ölüb.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Nəriman Nərimanov prospektində yerləşən evdə qeydə alınıb.

Sözügedən ünvanda yaşayan 1976-ci il təvəllüdlü Hacızadə Rəfael Aydın oğlu komatoz vəziyyətə düşüb.

46 yaşlı kişi xəstəxanaya yerləşdirilib.

Həkimlərin səyinə baxmayaraq, o, dünyasını dəyişib.

Onun meyiti Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə təhvil verilib.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2701

Oxşar yazılar