Gəncədə ölümlə nəticələnən yol qəzası olub.
Lent.az xəbər verir ki, hadisə noyabrın 11-də şəhərin Atatürk prospektində qeydə alınıb. 42 yaşlı Əskərov Ramil Rauf oğlu idarə etdiyi "MOON 49" markalı mopedi aşırıb. Nəticədə o, ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Lakin görülən tədbirlərə baxmayaraq, noyabrın 15-də orada ölüb.
Faktla bağlı araşdırma aparılır.