Gəncədə minik maşını motosikletlə toqquşdu, xəsarət alanlar var
27 avqust 2025 05:29 (UTC +04:00)

Gəncədə minik maşını motosikletlə toqquşdu, xəsarət alanlar var

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, hərəkətdə olan  “Hyundai” markalı minik avtomobili motosikletə çırpılıb.

Qəza zamanı motosikletdə olan 3 nəfər xəsarət alaraq xəstəxanaya  yerləşdirilib. Onların vəziyyətinin orta ağır olduğu bildilir.

Qeyd edək ki, motosikletin Gəncə şəhər Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinə məxsus olduğu bildirilir.

Məlumata görə hadisə zamanı xəsarət alanlar süpürgəçilər olublar. Faktla bağlı araşdırma aparılır. (APA)

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 192

Oxşar yazılar