Kürdəmirdə ağır qəza - 1 ölü, 1 yaralı var
26 avqust 2025 21:19 (UTC +04:00)

Kürdəmirdə ağır qəza - 1 ölü, 1 yaralı var

Kürdəmirdə yol-nəqliyyat hadisəsi olub.

Lent.az xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-İmişli avtomobil yolunun rayonun Ucarlı kəndindən keçən hissəsində baş verib. 

Belə ki, "Mercedes" markalı minik avtomobili "Chevrolet" markalı digər minik avtomobili ilə toqquşub.

Qəza nəticəsində "Mercedes"in sürücüsü, 1986-cı il təvəllüdlü Vahid Firuz oğlu Alıyev hadisə yerində ölüb.

1975-ci il təvəllüdlü Dürdanə Səfərova isə müxtəlif dərəcəli xəsarətlərlə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. (APA)

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 312

Oxşar yazılar