General   korrupsiyaya görə həbs olundu
26 avqust 2025 12:30 (UTC +04:00)

General korrupsiyaya görə həbs olundu

Məhkəmə Rusiya Müdafiə Nazirliyinin 9-cu müalicə-diaqnostika mərkəzinin sabiq rəisi general-mayor Konstantin Kuvşinovu həbs edib.

Lent.az yerli mediaya istinadla bildirir ki, general 57 milyon rubl (təxminən 1 milyon 200 min manat) məbləğində tibbi avadanlıq alınmasına ayrılmış vəsaitin mənimsənilməsində şübhəli bilinib. Cinayət işini Rusiya İstintaq Komitəsinin Baş Hərbi İstintaq İdarəsi aparır.

Məlumata görə, Müdafiə Nazirliyinə tabe olan hərbi-tibbi qurum 2022-ci ildə “Delrus” və “TDA-Servis” şirkətləri ilə 100 milyon rubldan çox məbləğdə avadanlıq alınıb çatdırılması üzrə müqavilə imzalayıb. İstintaq müəyyən edib ki, “Delrus”un satış şöbəsi rəis müavini və “TDA-Servis”in kommersiya direktoru büdcə vəsaitlərini mənimsəmək məqsədilə Kuvşinovla cinayət əlaqəsinə giriblər.

Avadanlığın qiymətini şişirdərək 57 milyon rubldan çox vəsaiti ələ keçiriblər və daha sonra aralarında bölüşdürüblər.

Kuvşinov 2019-cu ilin fevralından 2025-ci ilin mayınadək 9-cu müalicə-diaqnostika mərkəzinin rəisi olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 574

Oxşar yazılar