Turistlərə XƏBƏRDARLIQ: bu məlumatları paylaşmayın
26 avqust 2025 13:28 (UTC +04:00)

Turistlərə XƏBƏRDARLIQ: bu məlumatları paylaşmayın

Turistlər üçün istirahət zamanı sosial şəbəkələrdə foto və video paylaşmaq artıq vərdişə çevrilib. Lakin ekspertlər xəbərdarlıq edirlər ki, bu cür açıqlıq həm şəxsi, həm də əmlak təhlükəsizliyi baxımından ciddi risklər yarada bilər.

Bu barədə Lent.az xarici mediaya istinadən xəbər verir.

Hansı məlumatları paylaşmaq olmaz?

Turizm mütəxəssisləri üç növ informasiyanın onlayn yayımlanmasının təhlükəli olduğunu bildirirlər və paylaşımların ən yaxşı halda evə qayıtdıqdan sonra edilməsi tövsiyə olunur.

Dəqiq məkan – Geotag, “check-in” və ya real vaxt paylaşımı evin boş qaldığını göstərir və bu, oğrular üçün açıq siqnal deməkdir. Bundan əlavə, xaricdə olduğunuzu açıq şəkildə göstərmək şəxsi təhlükəsizliyiniz üçün də risklidir. Ekspertlər bildirirlər ki, hətta paylaşımlar yalnız dostlar üçün açıq olsa belə, onların təkrar yayılması və ya hesabın məxfilik ayarlarının zəifliyi təhlükə yarada bilər.

Pasport və bilet şəkilləri – Bu sənədlərdə şəxsi məlumatlar olur və onların paylaşılması fırıldaqçılara uçuş rezervasiyalarını dəyişmək, ləğv etmək və ya hətta oturacaq yerlərini dəyişmək imkanı verə bilər.

Bahalı əşyalar – Zinyət əşyaları, bahalı geyimlər, çantalar və ya texnika ilə bağlı paylaşımlar həm istirahət etdiyiniz yerdə, həm də evdəki qiymətli əşyalar baxımından sizi risk altına salır.

Nə paylaşmaq olar?

Mütəxəssislər məsləhət görürlər ki, turistlər daha çox təbiət mənzərələri, memarlıq nümunələri, yerli mətbəx və digər təəssüratlarla bağlı şəkilləri paylaşsınlar. Ən doğru seçim isə bütün bunları səfərdən qayıtdıqdan sonra təqdim etməkdir

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 486

Oxşar yazılar