Futbolçunu əvəzlədilər, valideynləri imkan vermədi
26 avqust 2025 16:08 (UTC +04:00)

Futbolçunu əvəzlədilər, valideynləri imkan vermədi

Dortmund “Borussiya”sının idarəedici direktoru Lars Riken, Almaniya çempionatının 1-ci turunda “Sankt-Pauli” ilə oyunda (3:3) Co Bellinqemin əvəzlənməsindən narazı qalan atası Mark Bellinqemlə bağlı insidentə münasibət bildirib.

Lent.az xəbər verir ki, Riken danışıq zamanı iştirak etmədiyin deyib. O, həmçinin bundan sonra qalmaqallar yaranmasına imkan verilməyəciyini xatırladıb:

“Biz Co Bellinqemi heyətə qatdıq, çünki uzun illər ərzində valideynləri ilə etimadlı münasibətlər qurmuşuq. Ailə xüsusi olaraq oğullarının Bundesliqadakı ilk oyununa görə İngiltərədən gəlmişdi və oyundan sonra avtobusda Co ilə görüşmək istəyirdi. Sonra onlar paltardəyişmə otağının girişində dayandılar və klubun idman direktoru Sebastyan Kellə emosional söhbət etdilər ki, bu da onların münasibətlərini nəzərə alsaq, heç bir problem deyil. Artıq bu gün hər şey aydınlığa qovuşdu”.

Riken əlavə edib ki, gələcəkdə komandanın paltardəyişmə otağına yalnız oyunçular, məşqçilər və rəsmi şəxslər buraxılacaq. Futbolçuların valideynlərinə giriş icazəsi verilməyəcək.

Oyunun sonunda 19 yaşlı futbolçunun ailəsi stadiona aid tunel hissəsinə enib və orada Mark Bellinqemlə “Borussiya”nın idman direktoru Kel arasında emosional söhbət baş tutub. Yarımmüdafiəçinin atası Dortmund komandasının oyunundan və Co Bellinqemin ilk hissədən sonra əvəzlənməsindən narazılığını ifadə edib.

Co Bellinqem 2025-ci ilin iyununda “Borussiya”ya qoşulub və klubla 2030-cu ilin yayına qədər müqavilə imzalayıb. Ondan əvvəl isə sarı-qara formanı onun qardaşı Cud geyinib, lakin 2023-cü ildə o, “Real”a transfer olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 260

Oxşar yazılar