Bakıda uşaq süni göldə batdı
26 avqust 2025 17:54 (UTC +04:00)

Bakıda uşaq süni göldə batdı

Bakının Sabunçu rayonunda uşaq süni göldə batıb.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən məlumata gorə, "112" qaynar telefon xəttinə rayonda süni sututarında 1 nəfərin (uşaq) batması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Həyata keçirilən tədbirlər nəticəsində, batan şəxsin meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 302

Oxşar yazılar