Bu peşələrdə çalışan kişilər xəyanətkardılar - ARAŞDIRMA
26 avqust 2025 15:24 (UTC +04:00)

Bu peşələrdə çalışan kişilər xəyanətkardılar - ARAŞDIRMA

Araşdırmalar zamanı məlum olub ki, peşə və sosial status nikahdankənar münasibətlərdə mühüm amil rolunu oynayır.

Lent.az xarici mediaya istinadən bu barədə xəbər verir.

Kimlər daha çox xəyanət edir?

Tədqiqatçı Vendi Vanq ABŞ-da aparılan Ümumi Sosial Sorğunun (GSS) məlumatlarını təhlil edib və belə qənaətə gəlib ki, yüksək rəhbər vəzifələrdə çalışan kişilərin (baş direktorlar, həkimlər, cərrahlar) 18%-i xəyanəti etiraf edib. 25–54 yaş arası işsiz kişilər arasında isə hər 1–5 nəfərdən biri nikahdankənar münasibət yaşayıb.

Ekspertlərin sözlərinə görə: “İşsiz qalan və ya maddi cəhətdən qadına bağlı olan kişilər tez-tez özlərini natamam hiss edirlər. Bu isə onları nikahdan kənar münasibətlərdə zövq axtarmağa sövq edə bilər.”

Qadınlar da xəyanətə meyillidir

Qadınların 14%-i nikahdankənar münasibəti etiraf edib. Lakin aşağı prestijli vəzifələrdə çalışan qadınlar arasında bu göstərici 21%, yüksək vəzifələrdə çalışan qadınlarda isə cəmi 9% təşkil edib.

Beləliklə, iş və sosial status hər iki cinsin sədaqətinə fərqli şəkildə təsir göstərir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 540

Oxşar yazılar